Kanada ABŞ-dən idxal olunan mallara rüsum tətbiq edəcək

Kanada martın 13-dən etibarən təxminən 20 milyard dollarlıq ABŞ idxalına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.Bu barədə Kanadanın maliyyə naziri Dominik Leblank açıqlama verib.
“Bu gün mən elan edirəm ki, Kanada hökuməti dollara-dollara yanaşmasından sonra sabah, 13 mart 2025-ci il gecə yarısından etibarən ABŞ-dən əlavə 29,8 milyard Kanada dolları idxalına 25% cavab tarifləri tətbiq edəcək”, - o qeyd edib.
Onun sözlərinə görə, rüsumlar polad və alüminium məhsullarına, eləcə də digər idxala təsir edəcək.
ABŞ Prezidenti Donald Tramp ötən gün Kanada məhsullarına yeni tariflər tətbiq ediləcəyini açıqlamışdı.
Son xəbərlər
Daha çox 