Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək.Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a açıqlaması zamanı deyib.
"Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar", - o bildirib.
Son xəbərlər
Daha çox 