Aİ Suriyaya 5,8 milyard avro ayıracaq

Avro Komissiyası Suriyaya 5,8 milyard avro qrant ayıracaq. Bu barədə Avropa Komissiyasının vitse- prezidenti Dubravka Şvaytser məlumat verib.
"Ölkə çox kasıb, çox kövrək olaraq qalır və biz dəstək verməsək , bu kövrəklik daha da pisləşəcək və əldə edilmiş tərəqqiyə xələl gətirə bilər " , - BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) rəhbəri Xorxe Moreira da Silva DW-yə bildirib.
O, su təchizatı, nəqliyyat, enerji, təhsil və səhiyyə sahələrini ən problemli sahələr kimi qeyd edib.
Eyni zamanda, BMT nümayəndəsi ölkənin yenidən qurulması planının Suriyanın özündə hazırlanmalı olduğunu vurğulayaraq, digər ölkələrin də Dəməşqə qarşı sanksiyaların bir qismini mərhələli şəkildə ləğv edən Avropa İttifaqından nümunə götürəcəyinə ümid etdiyini bildirib.
Aytac