Zelenski ilə Trampın telefon danışığı gözlənilir

Ukrayna prezidenti Vladimir Zelenskinin bu gün Trampa telefon danışığı gözlənilir. Bu barədə Zelenski özü məlumat verib.
“Biz onunla gələcək addımların təfərrüatlarını müzakirə edəcəyik. Düşünürəm ki, Putinlə söhbətinin təfərrüatlarını ondan eşidəcəm”, - Ukrayna prezidenti bildirib.
Prezident əlavə edib ki, artıq Amerika və Ukrayna komandaları arasında uğurlu görüş baş tutub.
O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan bu müharibəni ədalətli sülhlə başa çatdırmaq mümkün deyil.
Aytac