Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi olub

Rusiya və Ukrayna "175-ə 175" formulu üzrə hərbi qulluqçuların mübadiləsini həyata keçirib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya, həmçinin təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri təhvil verib.
Əsirlikdən azad edilən Rusiya hərbi qulluqçuları Belarusdadırlar. Onlar müalicə və reabilitasiya üçün vətənlərinə çatdırılacaqlar.