Paşinyan Ermənistan Müdafiə Nazirliyinə təlimat verib: Atəşkəsi pozmayın

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozlmamaqla bağlı təlimat verib.Bu barədə o, sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - Baş nazir bildirib.