İsrail ordusu Qəzzada HƏMAS-ın iki liderini öldürüb

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında radikal hədəflərə endirdiyi zərbələr nəticəsində HƏMAS-ın siyasi bürodakı təhlükəsizlik naziri Yasir Hərb Musanı və radikal təşkilatın fövqəladə hallar komitəsinin rəhbəri Məhəmməd Camatsini öldürüb.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son sutka ərzində endirilən zərbələr zamanı ordu HƏMAS-ın siyasi bürosunda təhlükəsizlik naziri vəzifəsində çalışmış və terror təşkilatının icra komitəsində inkişaf naziri olmuş terrorçu Yasir Hərb Musanı, həmçinin HƏMAS terror təşkilatının Qəzzadakı fövqəladə komitəsinin sədri, həmçinin siyasi büroda mühüm vəzifələrdə çalışmış terrorçu Məhəmməd Camatsini öldürüb”, - məlumatda deyilir.