İmamoğlunun ortağı olduğu şirkətin hesablarına həbs qoyulub

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim" şirkətin hesablarına həbs qoyulub.Bu barədə "Haber Global" xəbər verir.
Həbs Baş Prokurorluğun tələbi ilə tətbiq edilib.
İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.