Martın 27-də Parisdə Ukrayna sammiti keçiriləcək

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.
Bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.
“Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər” koalisiyasının sammitini keçirəcəyik”, - Makron bildirib.
Bundan əvvəl Bloomberg agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyini bildirib.
Son xəbərlər
Daha çox 