• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Danimarkada ABŞ-nin Qrenlandiya siyasətinə qarşı etirazlar keçirilib

Danimarkada ABŞ-nin Qrenlandiya siyasətinə qarşı etirazlar keçirilib
29.03.2025 22:31

Danimarkanın ən böyük şəhərləri olan Orxus və Kopenhagendə ABŞ-nin Qrenlandiya siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları baş tutub.Bu barədə "Danmarks" radiosu məlumat yayıb.

Məlumata görə, 800-1000 nəfər ABŞ-nin Kopenhagendəki səfirliyi qarşısında "Qrenlandiya Qrenlandiyalılara məxsusdur" şüarı ilə aksiya keçirib.

Etirazlar, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya nəzarət etmək niyyətini dəfələrlə dilə gətirməsindən sonra başlayıb.

Aksiya təşkilatçılarından biri Karen Littauer bildirib ki, "Həm Qrenlandiyaya, həm də Danimarkaya qarşı bu təzyiq qəbuledilməzdir. Biz bunun normal olmadığını göstərmək istəyirik. Bu, kobud pozuntudur."

Etirazlar ABŞ vitse-prezidenti Cey Di Vensin martın 28-də Pituffik hərbi bazasında Kopenhagenin Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görmədiyini bildirməsindən sonra baş verib.

Danimarkanın Baş naziri Mette Frederiksen isə Vaşinqtonun tənqidlərini ədalətsiz adlandırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahunun keçmiş sözçüsü və böyük müşaviri həbs olunub
Dünya 23:54
Netanyahunun keçmiş sözçüsü və böyük müşaviri həbs olunub
Litvada itkin düşən ABŞ əsgərləri ölü halda tapılıb
Dünya 20:27
Litvada itkin düşən ABŞ əsgərləri ölü halda tapılıb
Özbəkistanda məsciddə partlayış baş verib, üç nəfər ölüb
Dünya 17:58
Özbəkistanda məsciddə partlayış baş verib, üç nəfər ölüb
İsveç Ukraynaya 1,6 milyard dollarlıq yeni hərbi yardım paketi verəcək
Dünya 17:07
İsveç Ukraynaya 1,6 milyard dollarlıq yeni hərbi yardım paketi verəcək
Marin Le Pen haqda həbs qərarı verilib
Dünya 15:49
Marin Le Pen haqda həbs qərarı verilib
Myanmada bir həftəlik milli matəm elan edilib
Dünya 13:16
Myanmada bir həftəlik milli matəm elan edilib
Almaniya prezidenti Ermənistana səfər edib
Dünya 11:10
Almaniya prezidenti Ermənistana səfər edib
Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək
Dünya 09:03
Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək

İranda avtobus aşıb,ölənlər var
Dünya 23:26
İranda avtobus aşıb,ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol