İranda şaxtada qazdan zəhərlənmə nəticəsində 7 nəfər ölüb

İranın şimalındakı Semnan əyalətində kömür şaxtasında qazdan zəhərlənmə nəticəsində azı 7 nəfər ölüb.Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, şaxtada olan bütün işçilər tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməyib.
Ölən işçilərin üçünün əcnəbi olduğu qeyd edilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər