ABŞ-ın Çin mallarına tətbiq etdiyi rüsumlar 104%-ə çata bilər

Pekin ABŞ mallarına yeni rüsumların tətbiqindən əl çəkməsə, Vaşinqton Çindən idxal olunan mallara tətbiq olunan rüsumlarını 104%-ə qaldıra bilər.Bu barədə AFP agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu cür vəziyyət ABŞ prezidenti Donald Trampın Çinə qarşı tarifləri əlavə 50 % artırmaqla bağlı səsləndirdiyi sonuncu fikirlər real olacağı təqdirdə yaranacaq. Yeni artımın aprelin 9-da təsdiqlənəcəyi gözlənilir.
Belə ki, o, Çinə qarşı 54%-lik artıq razılaşdırılmış rüsumlara 50% də əlavə edərək rüsumları 104 % edəcək.
Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara yeni rüsumların tətbiq olunduğunu açıqlayıb.