Tramp administrasiyası iyunda hərbi parad keçirməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası iyunun 14-də Amerika paytaxtında hərbi parad keçirməyi planlaşdırır.Bu barədə “The Hill” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, tədbir ABŞ quru qoşunlarının 250 illiyinə və Trampın doğum gününə təsadüf edəcək. İyunun 14-də onun 79 yaşı tamam olacaq.
“Washington City Paper”in məlumatına görə, Pentaqondan Ağ Evə qədər parad iştirakçılarının 6 km-dən çox uzanacağı gözlənilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər