• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

“Kapital Bank” beynəlxalq arenada

“Kapital Bank” beynəlxalq arenada
22.04.2025 14:23

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində ölkənin birinci bankı Kapital Bank, “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırıb. Bu vəsait ekosistemin taksitlə ödəniş xidmətinin və digər fintex həllərinin inkişafına yönəldiləcək. Qeyd edək ki, sözügedən sindikativ kredit Özbəkistanın ən böyük özəl maliyyə qurumlarından biri olan Kapital Bank ilə tərəfdaşlıq çərçivəsində birgə maliyyələşdirilib.

Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir. Qlobal tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyan bu əməkdaşlıqla, Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat kreditinin verilməsini həyata keçirir.

Qeyd edək ki, “Uzum Holding” Özbəkistanda rəqəmsal maliyyə xidmətləri, e-ticarət və bankçılıq həllərini bir araya gətirən böyük İT ekosistemidir. Ekosistemə onlayn ticarət platforması, ekspress çatdırılma xidməti, klassik və rəqəmsal bankçılıq, “BNPL” (İndi al, sonra ödə) modeli, avtomobil satışı platforması və sahibkarlar üçün mobil tətbiq daxildir.

Təkcə ötən il ərzində Kapital Bank dünyanın aparıcı maliyyə institutlarının təşkil etdiyi bir sıra sindikat kredit layihələrində də aktiv iştirak edib. Xüsusilə qonşu ölkələr Türkiyə və Özbəkistanda olan, “Türkiye İş Bankası”,“VakıfBankası”,“Ziraat Bankası” və “Agrobank Uzbekistan” kimi nüfuzlu maliyyə qurumlarına qısa və orta müddətə kreditlər verilib. Beynəlxalq bazarda yeni imkanlar açan bu əməkdaşlıqlar Kapital Bank üçün banklararası müxbir əlaqələrin gücləndirilməsi, yeni təcrübələrin öyrənilməsi, eləcə də daha müştəriyönümlü xidmətin təşkili üçün böyük əhəmiyyət kəsb edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Kapital Bank” beynəlxalq arenada
Dünya 14:23
“Kapital Bank” beynəlxalq arenada
Papa aprelin 26-da dəfn ediləcək
Dünya 12:54
Papa aprelin 26-da dəfn ediləcək
Ermənistan parlamentində dava olub
Dünya 12:12
Ermənistan parlamentində dava olub
Roma Papası Fransisklə vida mərasimi başlayıb
Dünya 12:06
Roma Papası Fransisklə vida mərasimi başlayıb
Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar
Dünya 10:55
Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 09:58
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Kir Starmer Rusiyanı tammiqyaslı atəşkəsə çağırıb
Dünya 23:43
Kir Starmer Rusiyanı tammiqyaslı atəşkəsə çağırıb
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb
Dünya 23:36
Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini açıqlayıb
ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi- Video
Dünya 21:01
ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol