İstanbuldakı zəlzələdən sonra turislər turlarını ləğv etməyə başlayıb

İstanbulda baş verən zəlzələdən sonra bəzi turistlər turlarını ləğv etməyə başlayıblar. Bu barədə “RİA Novosti” yə “Pegas Touristik” turoperatorunun MDB üzrə koordinatoru Orxan Sancar məlumat verib.
Onun sözlərinə görə, çaxnaşma mühiti turizmə təsir edir və insanlar arasında İstanbula tur sifariş etməkdə müəyyən tərəddüd var.
Aprelin 23-də İstanbul ərazisində bir neçə zəlzələ baş verib. AFAD-ın məlumatına görə, ən güclüsü 6,2 bal gücündə olub. Yeraltı təkanlar hətta episentrdən 300 km aralıda, Ankarada hiss olunub. Təcili yardım xidmətləri yüksək xəbərdarlıq rejiminə keçib. Bu fonda seysmoloqlar Celal Şengör və Naci Görür şəhərə yaxınlaşan “böyük zəlzələ” barədə xəbərdarlıq edərək, səlahiyyətliləri buna hazırlaşmağa çağırıblar.
Gülnar
Son xəbərlər
Daha çox 