Putin İrana səfəri gözlənilir

İran Rusiya prezidenti Vladimir Putinin rəsmi səfəri üçün hazırlıqlara başlayıb; Rusiya liderinin Tehranda olması gözlənilir. Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani bildirib.
"Hazırda Putinin Tehrana səfəri üzərində iş gedir, hazırlıq gedir", - o deyib.
Aprel ayında Putin İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini ratifikasiya edən qanunu imzalayıb. Razılaşma İran prezidenti Məsud Pezeşkiyanın bu ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb.
Pezeşkian deyib ki, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması hər iki dövlətin kənar müdaxilələrə dözmək niyyətində olmadığının sübutudur.