Aİ Rusiyaya qarşı sanksiyalar hazırlayır

Almaniya hökuməti Avropa İttifaqından olan tərəfdaşları ilə razılaşdıraraq, Ukraynada mayın 12-nin sonunadək atəşkəs əldə olunmasa, Rusiyaya qarşı əlavə sanksiyalar hazırlamağa başlayacaq. Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
"Günün sonunda siyasi məsləhətçilər səviyyəsində sanksiya tədbirlərinə hazırlıq başlayacaq", - siyasətçi bildirib.
İstanbulda aparılan danışıqlara paralel olaraq 17-ci sanksiyalar paketi Brüsseldə hazırlanacaq.
Gülnar