Zelenski Ərdoğanla görüşəcək

Hazırda Türkiyədə olan Ukrayna prezidenti Vladimir Zelenski Bakı vaxtı ilə saat 14:00-da bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcəyini bildirib.
Bu gün Türkiyədə Zelenski ilə Rusiya nümayəndə heyəti ilə görüş planlaşdırılıb.
Mayın 15-də ABŞ prezidenti Donald Tramp mətbuatda səfərin ləğv edilməsi ilə bağlı xəbərlərə baxmayaraq, “lazım gələrsə” mümkün danışıqlar üçün mayın 16-da İstanbula getməyə hazır olduğunu bildirib.
Gülnar
Son xəbərlər
Daha çox 