• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Çin səfiri ilə görüşüb

Sahibə Qafarova Çin səfiri ilə görüşüb
15.05.2025 18:08

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Qafarova Azərbaycanın və Çinin bütün sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərdiyini, siyasi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyib. O, bu gün ölkələr arasında münasibətlərin özünün ən yüksək inkişaf mərhələsinə qalxdığını vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin əhəmiyyəti qeyd olunaraq, iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın münasibətlərin yüksək səviyyəsinin daha bir göstəricisi olduğu vurğulanıb. Prezidentin Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşündə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunub.

Görüşdə parlamentlər arasında əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb, parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Spiker Sahibə Qafarova, özünün Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Leji ilə görüşünü xatırlayaraq, bu cür təmasların əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə də əməkdaşlıq etdikləri qeyd olunub,ölkələrin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla vurğulanıb.

Səfir Lu Mey Cao Lejinin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini bildirib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol