Dünyada kriptovalyuta şirkətlərinin sahiblərinin oğurlanması halları artıb

Kriptovalyuta şirkətlərinin sahiblərinə hücumlar dünyanın müxtəlif ölkələrində daha tez-tez baş verir, cinayətkarlar rəqəmsal aktivlərin fidyə kimi köçürülməsini tələb edirlər. Bu barədə The Wall Street Journal (WSJ) yazıb.
Sonuncu adam oğurluğu cəhdi Fransada baş verib. Naməlum şəxslər “Paymium” kriptovalyuta birjasının rəhbərinin qızını və iki yaşlı uşağını silahla hədələyərək qaçırmağa cəhd ediblər. Hücumun qarşısı alınsa da, qadının əri yaralanıb.
Cinayətkarların qurbanlarını qaçıra bildiyi hallar olub. Xüsusilə, Ledger-in keçmiş rəhbəri David Ballanın barmağını kəsərək 10 milyon avro fidyə tələb ediblər.
WSJ-nin məlumatına görə, ötən il dünyada onlarla belə adam oğurluğu hadisəsi baş verib.
Gülnar
Son xəbərlər
Daha çox 