Çində torpaq sürüşməsi baş verib, ölənlər var

Çinin cənubundakı Quandun əyalətində baş verən torpaq sürüşməsi nəticəsində üç nəfər ölüb, bir nəfər isə itkin düşüb.Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində üçmərtəbəli bina zərər görüb.Axtarış-xilasetmə əməliyyatları zamanı altı nəfər sağ tapılaraq xilas edilib.Lakin tibbi müdaxilələrə baxmayaraq, onlardan üçü xəstəxanada ölüb.
Ərazidə axtarış-xilasetmə işləri davam edir.