Çində oğurlanan iPhone-ların qlobal anbarı aşkar edilib

Financial Times (FT) qəzetinin apardığı araşdırma göstərib ki, dünyada oğurlanan bir çox iPhone sonda Çinin Şençjen şəhərinin Huaçyanbey rayonundakı Feiyang Times qülləsinə gətirilir. Nəşr bu məkanı “oğurlanmış iPhone-ların qlobal evi” adlandırıb.
Rəsmi olaraq Apple cihazlarının təmiri mərkəzi kimi tanınan binanın dördüncü mərtəbəsində Avropa və ABŞ-dan gətirilmiş işlənmiş iPhone-lar üçün anbar yerləşir.
FT qeyd edir ki, bu ərazidə oğurlanmış elektronikanın satışında ixtisaslaşan satıcılar toplanır. Bəzi cihazlar köhnə telefonların yenilərlə əvəz olunduğu proqramlar çərçivəsində qanuni şəkildə satılır.
Londonda oğurlanan texnika bazarının illik dövriyyəsi təxminən 65,5 milyon dollar təşkil edir.
FT britaniyalı sahibkar Sem Amraninin başına gələn hadisəni nümunə göstərərək yazır ki, onun iPhone 15 Pro modeli küçədə oğurlanıb.
O, izləmə vasitəsilə cihazını əvvəlcə Londonda, sonra Honqkonqda və nəhayət, Şençjendə izləyə bilib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 