ABŞ senatoru Baydenin səhhətini araşdıracaq

Viskonsin ştatından olan respublikaçı senator Ron Conson, keçmiş ABŞ prezidenti Co Baydenin hakimiyyətdə olduğu dövrdə səhhəti ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu bildirib, Axios xəbər verir.
Senatın Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsinin və onun Araşdırmalar üzrə Alt Komitəsinin üzvü olan Conson, hökumətə faktiki olaraq kimin rəhbərlik etdiyini müəyyənləşdirmək məqsədilə “bir neçə onlarla şəxsə” sorğu göndərəcəyini deyib.
“Bunu etməliyik. Yəni, hökumətə kimin rəhbərlik etdiyini öyrənməliyik,” — Axios onun sözlərini sitat gətirir.
Mayın 18-də Baydenin ofisi bildirib ki, 82 yaşlı keçmiş prezidentdə sümüyə metastaz verən aqressiv prostat xərçəngi aşkarlanıb.
Prezident Donald Tramp bu diaqnozun yalnız indi elan olunmasına şübhə ilə yanaşaraq, məlumatın gizlədilmiş ola biləcəyini istisna etməyib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 