Ərdoğan növbəti seçkilərdə prezident olmayacağını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində deyil. Bu barədə Anadolu agentliyi məlumat yayıb.
“Seçkilərdə yenidən namizəd olmaq niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq”, - Ərdoğan qeyd edib və Türkiyənin yeni Konstitusiyaya ehtiyac duyduğunu vurğulayıb.
Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası yeni Konstitusiya layihəsinin hazırlanması üzərində işləyir. O, həmçinin müxalifəti bu prosesə qoşulmağa dəvət edib.
Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.
Son xəbərlər
Daha çox 