Türkiyə və Rusiya Ukrayna danışıqlarını müzakirə edib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında Ukraynadakı müharibənin dayandırılması ilə bağlı telefon danışığı olub. Bu barədə diplomatik mənbələr bildirib.
TASS, RİA Novosti və TRT Haber-in məlumatına görə, tərəflər atəşkəsin əldə olunmasına dair son təklifləri nəzərdən keçiriblər.
RİA Novosti-yə danışan türk mənbəsi bildirib ki, Ankara Rusiya və Ukrayna arasında növbəti danışıqlara iyunun 2-də İstanbulda ev sahibliyi etməyə hazırdır.
Son üç ildə ilk birbaşa Rusiya-Ukrayna danışıqları mayın 16-da İstanbulda keçirilib. Hakan Fidan da həmin görüşdə iştirak edib.
Vatikan və Cenevrə növbəti raund üçün mümkün məkan kimi göstərilsə də, Moskva danışıqların məhz İstanbulda davam etməsində israrlıdır.
N.Təbrizli