Ermənistan Rusiyadan azad oldu -Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 2022-ci il oktyabrın 6-da “artıq avanpostun baş naziri olmadığını” elan edib.
O, bu bəyanatla Ermənistanın Praqa bəyannaməsini imzalayaraq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasına işarə edib. Paşinyanın sözlərinə görə, bu qərar ölkənin müasir tarixində dönüş nöqtəsi olub və “həqiqi müstəqilliyə keçidi” simvolizə edib.
Hərçənd o, Ermənistanın hansı ölkənin avanpostu olduğunu açıq deməyib, lakin kontekstdən məlum olur ki, söhbət Rusiyadan gedir.
Baş nazir qeyd edib ki, bu, “Ermənistanın Qarabağı itirməsi” yox, “Ermənistanı qazanması” hekayəsidir və bunu “uğur tarixçəsi” adlandırıb.
Son xəbərlər
Daha çox 