• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Şimali Koreya Çinə doğru ballistik raket atıb

Şimali Koreya Çinə doğru ballistik raket atıb
19.06.2025 16:13

Şimali Koreya Çinə doğru şimal-qərb istiqamətində 10-dan çox ballistik raket buraxıb. Bu barədə “Reuters” agentliyi hərbi mənbələrə istinadla məlumat yayıb.

Raketlərin Pxenyan yaxınlığında yerləşən Sunan bölgəsindən buraxıldığı bildirilib. Raketlərin Çinin ərazisinə çatıb-çatmadığı və ya havada zərərsizləşdirilib-zərərsizləşdirilmədiyi barədə hələlik rəsmi məlumat yoxdur.

Hadisə KXDR lideri Kim Çen Inın ordunu “müharibəyə hazır olmağa” çağırmasından dərhal sonra baş verib. Dövlət başçısı Koreya Xalq Ordusunun birinci qvardiya hərbi-hava diviziyasına məxsus aviapolku ziyarət edib və burada keçirilən təlimlərə şəxsən rəhbərlik edib.

Təlimlər zamanı Şimali Koreya hərbçiləri hava hücumundan müdafiə tapşırıqlarını, qanadlı raketlərin və kamikadze pilotsuz uçuş aparatlarının məhv edilməsini məşq ediblər. Təlimlərdə aviasiya, zenit-raket bölmələri, radiolokasiya və radioelektron mübarizə hissələri iştirak edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ordusu İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib
Dünya 17:58
Türkiyə ordusu İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib
Rusiya Ermənistandan gedəcəkmi?
Dünya 17:52
Rusiya Ermənistandan gedəcəkmi?
Tramp G7 sammitini niyə vaxtından əvvəl tərk edib?
Dünya 17:20
Tramp G7 sammitini niyə vaxtından əvvəl tərk edib?
Şimali Koreya Çinə doğru ballistik raket atıb
Dünya 16:13
Şimali Koreya Çinə doğru ballistik raket atıb
İran “Dəmir Qübbə”ni necə yardı? – VİDEO
Dünya 16:01
İran “Dəmir Qübbə”ni necə yardı? – VİDEO
Ermənistan Rusiyadan azad oldu -Paşinyan
Dünya 15:25
Ermənistan Rusiyadan azad oldu -Paşinyan
İran qəti addımlara hazırlaşır
Dünya 14:57
İran qəti addımlara hazırlaşır
Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib
Dünya 13:48
Rusiya İrana zənginləşdirilmiş uranla bağlı əməkdaşlıq təklif edib
Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxır
Dünya 13:14
Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol