Tramp G7 sammitini niyə vaxtından əvvəl tərk edib?

ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini vaxtından əvvəl tərk edib.
Financial Times yazır ki, buna səbəb Fransa prezidenti Emmanuel Makronla münasibətlərdə yaranmış gərginlik və Ukrayna lideri Vladimir Zelenski ilə görüşə marağın olmaması olub.
Mənbələrin bildirdiyinə görə, Tramp Makronun onun Qrenlandiyanı nəzarətə götürmək planına qarşı çıxış etməsindən narazı qalıb və Zelenski ilə danışıqlarda iştirak etmək istəməyib.
Makron əvvəlcə Trampın sammiti Yaxın Şərqdəki vəziyyətə görə tərk etdiyini iddia etsə də, Tramp sosial şəbəkədə Fransa prezidentini “diqqət axtaran” və “həmişə hər şeyi səhv anlayan” biri kimi tənqid edib.