Si Cinpin BRİKS sammitində ilk dəfə iştirak etməyəcək

Çin lideri Si Cinpin iyulun 6-7-də Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. Bu barədə South China Morning Post qəzeti yazıb.
Bu, Çin liderinin BRİKS sammitini ilk dəfə buraxması halı olacaq.
Çini tədbirdə Baş nazir Li Çyan təmsil edəcək. O, 2023-cü ildə Hindistanda keçirilən G20 sammitində də nümayəndə heyətinə rəhbərlik edib.
Mənbələrə görə, iştirak etməməyə səbəb “cədvəldəki uyğunsuzluqlardır”.
Çin həmçinin vurğulayır ki, Si son bir il ərzində iki dəfə - Pekində və G20 sammitində , Braziliya Prezidenti Lula da Silva ilə görüşüb.
Braziliya rəsmiləri Çin liderinin iştirak etməməsindən məyus olduqlarını bildiriblər.
Çin XİN sözçüsü deyib ki, sammitlə bağlı iştirak detalları “müvafiq vaxtda açıqlanacaq” və Çin-in BRİKS çərçivəsində Braziliya ilə əməkdaşlığa sadiqliyini təsdiqləyib.
N.Təbrizli