Pentaqon Ukraynaya silah tədarükünü dayandırıb — Politico

ABŞ Müdafiə Nazirliyinin Ukraynaya bəzi silah növlərinin tədarükünü dayandırmaq qərarı yüksək vəzifəli respublikaçılar, Avropa rəsmiləri və ABŞ Dövlət Departamentinin bəzi əməkdaşları üçün gözlənilməz olub. Bu barədə Politico nəşri diplomatik mənbələrə istinadla yazıb.
Məlumata görə, Pentaqon qərarı nə Dövlət Departamentinin əsas rəsmilərinə, nə də bəzi Konqres üzvlərinə əvvəlcədən bildirməyib.
ABŞ-ın Kiyevdəki səfirliyi və Ukrayna üzrə xüsusi elçi Kit Kelloqla da heç bir məsləhətləşmə aparılmayıb.
Qərarın əsas səbəbi ABŞ-ın silah anbarlarında bəzi sistemlərin tükənməsi ilə bağlı Müdafiə nazirinin müavini Elbric Kolbi və onun müşavirlərinin narahatlığı olub.
Politico yazır ki, nə Ukrayna Prezidenti Volodimir Zelenski, nə də Avropa İttifaqı rəhbərliyi əvvəlcədən bu barədə məlumatlandırılmayıb.
Ağ Evin nümayəndəsi isə bu məlumatları təkzib edib. “Bu, həqiqətə uyğun deyil. Prezident [Donald Tramp] və yüksək səviyyəli rəsmilər Pentaqondan yardımların ‘Amerika hər şeydən əvvəl’ siyasətinə uyğun olaraq mütəmadi yenidən qiymətləndirilməsini gözləyirlər,” – açıqlamada bildirilib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 