• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir

Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
03.07.2025 23:36

Polşa təhlükəsizliyini gücləndirmək üçün Almaniya və Litva ilə sərhədlərə beş min hərbçi göndərəcək.

Bu barədə ölkənin Baş Qərargah rəisi general Vislav Kukula Polşa radiosunun efirində bildirib.

"5 min hərbçi sərhədə göndəriləcək. Onlardan 4 min nəfəri Polşa-Almaniya, min nəfəri isə Polşa-Litva sərhədində xidmət göstərəcək", - o bəyan edib.

General əlavə edib ki, qeyri-qanuni miqrasiya dövlət təhlükəsizliyinə əhəmiyyətli təhlükə yaradır: "Bundan başqa, sərhədlərin mühafizəsi Polşa ordusunun konstitusion vəzifələrindən irəli gəlir. Biz bu vəzifədən yayına bilmərik, əksinə, sərhədlərdə səmərəliliyi artırmalıyıq".

Qeyd edək ki, Polşa qeyri-qanuni miqrasiya ilə mübarizə məqsədilə iyulun 7-dən Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq etməyi planlaşdırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol