• $ 1.7
  • € 1.9859
  • ₽ 0.021157
  • ₺ 0.0395
  • £ 2.2822

Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb

Polşa Almaniya ilə sərhəddə müvəqqəti sərhəd nəzarətinə başlayıb
07.07.2025 10:25

Polşa iyulun 7-dən etibarən Almaniya ilə sərhədində stasionar sərhəd nəzarətini bərpa edib. Yoxlamalar gecə yarısından etibarən 52 keçid məntəqəsində tətbiq olunub və azı avqustun 5-dək davam edəcək. 

Rəsmilərin bildirdiyinə görə, sərhəddən keçən şəxslərin pasport və şəxsiyyət vəsiqələri yoxlanılacaq.

Polşa sərhəd xidmətləri, xüsusilə sərnişin avtobusları, mikroavtobuslar və şüşələri qaralmış nəqliyyat vasitələrinə diqqət yetirəcəklər.

Oxşar tədbirlərin Litva ilə sərhəddə də həyata keçirilməsi planlaşdırılır.

Baş nazir Donald Tusk bildirib ki, sərhəd nəzarətinin gücləndirilməsi "qanunsuz miqrantların nəzarətsiz axınını məhdudlaşdırmaq" məqsədi daşıyır.

Tusk həmçinin qeyd edib ki, bu qərar qismən Almaniyanın sərt miqrasiya siyasətinə cavab olaraq qəbul edilib.

Mayda Almaniyanın yeni daxili işlər naziri Aleksandr Dobrindt Polşa ilə sərhəddə nəzarətin gücləndirilməsini və sığınacaq axtaranların geri qaytarılmasını əmr etmişdi.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
Dünya 18:07
Amsterdam hava limanında 700-dən çox uçuş ləğv edilib
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
Dünya 17:24
ABŞ Marinera tankerini ələ keçirmək əməliyyatı aparır
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
Dünya 14:41
ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Dünya 14:13
İran: ABŞ-la danışıqlar üçün hazırda uyğun şərait yoxdur
Venesuelada 7 günlük matəm elan olunub
Dünya 10:01
Venesuelada 7 günlük matəm elan olunub
Medvedev ABŞ-a cavab verib
Dünya 08:53
Medvedev ABŞ-a cavab verib
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
Dünya 23:07
Ukrayna və Avropa ölkələri sülhməramlı qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıb
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
Dünya 22:10
"Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırıb
İsrail ordusu Livana zərbə endirib
Dünya 19:34
İsrail ordusu Livana zərbə endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol