Əkrəm İmamoğlu prokuroru təhqir etdiyi üçün 1 il 8 ay azadlıqdan məhrum edilib

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində 1 il 8 ay həbs cəzası verilib. Bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, cəzaya səbəb İstanbul baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlər olub.
Cari ilin yanvarın 20-də Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu müddətdə İstanbul baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələr səbəbilə “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizədə əməyi olan şəxsləri hədəf almaq” maddələri ilə ittiham edilib.