Rusiyada 49 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Amur vilayətində göyərtəsində 49 nəfərin olduğu “An-24” sərnişin təyyarəsi radarlardan itib və daha sonra yanmış halda aşkar olunub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi və TASS agentliyi məlumat yayıb.
“Anqara” aviaşirkətinə məxsus təyyarə Amur vilayətinin Tında şəhəri yaxınlığında radarlardan itib.
Təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin və 6 ekipaj üzvü olub. Vilayət qubernatoru Vasili Orlov bildirib ki, təyyarə havada olarkən heç bir fövqəladə siqnal göndərməyib.
Qəzanın yeri FHN-ə məxsus Mi-8 helikopteri tərəfindən müəyyən olunub. Bildirilib ki, təyyarənin gövdəsi tamamilə yanıb.
İlkin rəsmi məlumata əsasən, təyyarədə olan bütün şəxslər həlak olub.
Hazırda qəzanın səbəblərinin müəyyən edilməsi üçün istintaq başladılıb. Rusiya nəqliyyat orqanları və təhqiqat komitəsi hadisə yerində araşdırmalara başlayıb.
Aytac