Erməni sərhədçi intihar edib

Ermənistanın Sünik vilayətinin David Bek kəndində 18 yaşlı sərhəd qoşunları hərbi qulluqçusu intihar edib, yerli 24News portalı məlumat yayıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) tabeliyində xidmət edən sərhədçi odlu silahla özünü güllələyərək həyatına son qoyub.
Hadisə Ermənistanla Azərbaycan arasında gərgin sərhəd bölgəsində baş verib. Son illərdə bu ərazidə atəşkəs pozuntuları və hərbi insidentlər tez-tez qeydə alınır.
Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələri burada yüksək döyüş hazırlığı rejimində saxlanılır.
Rəsmi dairələr hadisənin səbəbləri ilə bağlı ictimaiyyətə hələ açıqlama verməyib.
N.Təbrizli