Ermənistan və ABŞ avqustda birgə hərbi təlim keçirəcək

Ermənistan və ABŞ 2025-ci il avqustun 12-dən 20-dək “Qartal tərəfdaşı 2025” adlı birgə hərbi təlim keçirəcək. Bu barədə məlumatı Ermənistan KİV yayıb.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ Quru Qoşunlarının Avropa və Afrika üzrə komandanlığı, həmçinin Kanzas ştatının Milli Qvardiyasının hərbçiləri iştirak edəcəklər.
Əsas diqqət sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi, xüsusilə də tibbi evakuasiya prosedurlarının yerinə yetirilməsi üzrə hazırlığa yönəldiləcək.