Gürcüstan azərbaycanlılar da daxil olmaqla 34 xarici vətəndaşı deport edib

Gürcüstan son günlərdə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və digər bölmələrinin birgə tədbirləri nəticəsində 34 xarici vətəndaşı ölkədən deport edib, – yerli KİV çərşənbə axşamı xəbər verib.
Deport edilənlər arasında Azərbaycan, Hindistan, Rusiya, Nigeriya, İran, Misir, Türkmənistan, Pakistan, Keniya, Ermənistan və Qırğızıstan vətəndaşları var.
Qanunvericiliyə əsasən, onların Gürcüstana yenidən daxil olması qadağandır.
Nazirlik bildirib ki, Miqrasiya Departamenti ölkədə qeyri-qanuni yaşayan xaricilərin müəyyən edilməsi və deportasiyası, həmçinin qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində işləri davam etdirir.
N.Təbrizli
Son xəbərlər
Daha çox 