ABŞ Aİ-nin "Google"un cərimələnməsi qərarına cavab verəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) "Google" şirkətinə 3,5 milyard dollar cərimə tətbiq etmək qərarına cavab olaraq müvafiq tədbirlər görəcəyini bəyan edib. O, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp qeyd edib ki, "Bu gün Avropa daha bir iri Amerika şirkəti - 'Google'a 3,5 milyard dollar məbləğində zərbə vurdu, əslində, bu pullar ABŞ-da investisiyalara və iş yerlərinin yaradılmasına yönəldilə bilərdi". O, həmçinin bildirib ki, "Biz bu cür parlaq və misilsiz Amerika ixtiraçılığına qarşı addımlara göz yuma bilmərik".
ABŞ Prezidenti, əgər bu cür addımlar davam edərsə, 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi üzrə proseduru başladacağını və vergi ödəyən Amerika şirkətlərinə qarşı tətbiq edilən ədalətsiz cərimələri neytrallaşdıracağını vurğulayıb.
301-ci maddə ABŞ Prezidentinə digər ölkələrin Amerikanın ticarətinə mənfi təsir göstərən və ya beynəlxalq sazişlərə zidd olan siyasət və hərəkətlərinə qarşı gərəkli tədbirlər görmək, o cümlədən gömrük rüsumlarını artırmaq hüququ verir.
Son xəbərlər
Daha çox 