ABŞ Avropa ilə dezinformasiya əməkdaşlığını dayandırıb

Donald Trampın administrasiyası Rusiya, Çin və İrandan gələn dezinformasiyaya qarşı Avropa ölkələri ilə əməkdaşlığı birtərəfli qaydada dayandırıb,. Bu barədə Financial Times üç avropalı rəsmiyə istinadən yazıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti ötən həftə Co Bayden dövründə imzalanmış qarşılıqlı anlaşma memorandumlarının ləğv olunması barədə rəsmi bildirişlər göndərib.
2024-cü ildə Avropa və Afrikanın 20-dən çox ölkəsi ilə imzalanan bu sazişlər “xarici dövlətlərin xaos yaratmaq məqsədilə yaydığı zərərli informasiyaların aşkarlanması və qarşısının alınması” üçün vahid yanaşma nəzərdə tuturdu.
Memorandumlar Dövlət Departamentinin 2011-ci ildə yaradılan Qlobal Əlaqə Mərkəzinin (GEC) təşəbbüsünün bir hissəsi idi.
N.Təbrizli