Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat"a giriş məhdudlaşdırılıb

Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat"a giriş məhdudlaşdırılıb.Bu barədə internetin fəaliyyətinə nəzarət edən "NetBlocks" monitorinq xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən platformalara giriş ölkədə bir neçə internet provayderi tərəfindən məhdudlaşdırılıb.
Məhdudiyyətlərin ötən həftə baş verən genişmiqyaslı telekommunikasiya kəsintisindən sonra tətbiq olunduğu qeyd olunur.
"NetBlocks" sentyabrın 29-da "Taliban" hərəkatının "mənəviyyat qaydalarına əməl olunmasının təmin edilməsi" məqsədilə həyata keçirdiyi tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsildiyini bildirmişdi.