Netanyahu xalqa müraciət edib

İsrail Baş naziri Benyamin Netanyahu xalqa müraciət ünvanlayaraq bildirib ki, Qəzza Zolağının demilitarizasiyası zərurət yaranarsa, “sərt formada” həyata keçiriləcək.
BBC-nin məlumatına görə, Netanyahu bütün girovların azad edilməsinə dair vədi yerinə yetirməyə yönəlik işlərin davam etdiyini söyləyib. O qeyd edib ki, İsrail qüvvələri hazırda HƏMAS-ı hər istiqamətdən mühasirəyə alıblar.
Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış sülh planının növbəti mərhələlərində HƏMAS silahsızlaşdırılacaq və Qəzza tam demilitarizasiya olunacaq:
“Əgər bunu asan yolla etmək mümkün olarsa, çox yaxşıdır. Amma mümkün olmazsa, biz bunu sərt yolla edəcəyik”.
İsrail ilə HƏMAS Trampın planının birinci mərhələsi üzrə Misirdə razılaşma əldə ediblər.
Son xəbərlər
Daha çox 