• $ 1.7
  • € 1.9703
  • ₽ 0.020942
  • ₺ 0.0402
  • £ 2.231

Nobel Sülh mükafatının qalibi Tramp olmayıb

Nobel Sülh mükafatının qalibi Tramp olmayıb
10.10.2025 14:47

Norveç Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatının Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verildiyini açıqlayıb.

Komitə, qərarın əsasən Maçadonun demokratik institutların bərpası və insan haqları uğrunda mübarizəsinə görə verildiyini bildirib.

Bu qərar, ABŞ-ın prezidenti Donald Trampın mükafata layiq olduğunu iddia etdiyi bəyanatlarına baxmayaraq verilib.

Tramp 2024-cü ilin fevralında verdiyi açıqlamada, “Mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Mən buna layiqəm, amma heç vaxt verməyəcəklər”, –  narazılığını ifadə etmişdi.

Sentyabrın 30-da isə ABŞ generalları ilə görüş zamanı o, mövzuya qayıdaraq, mükafatın başqa bir şəxsə verilməsinin “ölkəmizə qarşı böyük təhqir” olacağını demişdi.

Komitənin beş üzvündən biri və katibi Kristian Berq Harpviken bildirib ki, qərar son siyasi bəyanatlara deyil, uzunmüddətli fəaliyyətə əsaslanır:

“Bu mükafat əsasən 2024-cü ildə və əvvəlki illərdə görülən işlərə aiddir. O, son həftələr və ya aylardakı nailiyyətlərə görə verilmir”, – Harpviken Norveçin NRK telekanalına deyib.

57 yaşlı Mariya Korina Maçado, 2014-cü ildən bəri prezident Nikolas Maduronun avtoritar idarəçiliyinə qarşı mübarizə aparır. O, ölkədə demokratik seçkilərin keçirilməsini və siyasi məhbusların azad olunmasını tələb edən kampaniyalara rəhbərlik edib. 2023-cü ilin sonlarında keçirilən müxalifət praymerizində Maçado, seçicilərin 92 faizinin dəstəyini qazanaraq vahid müxalifət lideri kimi tanınıb.

Venesuelada siyasi və iqtisadi böhranın başladığı 2015-ci ildən bu yana təxminən 7,7 milyon vətəndaş ölkəni tərk edib.

 Maçadonun rəhbərlik etdiyi “Vente Venezuela” hərəkatı bu dövrdə beynəlxalq sanksiyalara və daxili təzyiqlərə rəğmən fəaliyyətini davam etdirib.

Tramp 2020–2024-cü illər arasında bir sıra beynəlxalq gərginlikləri azaltmaq üçün diplomatik təşəbbüslərlə çıxış edib. Xüsusilə Yaxın Şərqdə İsrail ilə BƏƏ, Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşmasına dair “Abraham Sazişləri” bu kontekstdə qeyd olunur. Lakin Nobel Komitəsi onun bu addımlarını mükafat üçün yetərli saymayıb.

2025-ci ilin əvvəlində Tramp Mariya Korina Maçadonu “nümunəvi bir azadlıq döyüşçüsü” adlandıraraq onun Nobelə layiq olduğunu bildirmişdi.

“ABŞ-da böyük Venesuela-Amerika icması azad Venesuelanı qətiyyətlə dəstəkləyir və mənə də böyük dəstək göstərdi. Bu azadlıq döyüşçüləri əziyyət çəkməməlidir”, – Tramp yanvar ayında sosial mediada yazmışdı.

Bundan əlavə, avqustun 8-də Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan üçtərəfli sənəddən sonra, hər iki lider Trampın Nobelə namizədliyini dəstəklədiklərini bəyan etmişdi.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Dünya 20:00
Gürcüstanda plastik qab-qacaq qadağan olunur
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Türkiyə hərbçiləri ilə vida mərasimi keçirilir
Dünya 10:30
Türkiyə hərbçiləri ilə vida mərasimi keçirilir
BBC Trampdan üzr istəyib
Dünya 08:55
BBC Trampdan üzr istəyib
Çin prezidenti G20 sammitinə qatılmayacaq- ABŞ və Rusiya da yüksək səviyyədə təmsil olunmur
Dünya 08:30
Çin prezidenti G20 sammitinə qatılmayacaq- ABŞ və Rusiya da yüksək səviyyədə təmsil olunmur
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub - Yenilənib
Dünya 22:49
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğrayıb, pilot həlak olub - Yenilənib
Türkiyə hərbçilərinin cənazələri olan təyyarə Tbilisidən Ankaraya çatıb - Yenilənib
Dünya 21:45
Türkiyə hərbçilərinin cənazələri olan təyyarə Tbilisidən Ankaraya çatıb - Yenilənib
Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Dünya 21:30
Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb, ölənlər var
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Dünya 19:48
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol