Tramp Misirə səfəri zamanı Qəzza sammiti keçirəcəyini planlaşdırır

ABŞ Prezidenti Donald Tramp gələn həftə Misirə səfəri çərçivəsində Qəzza zolağı ilə bağlı vəziyyətin həlli üzrə beynəlxalq sammit keçirməyi planlaşdırır.Bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, Tramp gələn həftə Misirə səfəri zamanı dünya liderlərinin iştirakı ilə Qəzzaya dair sammit keçirməyi planlaşdırır.Sammitin əsas məqsədi Qəzzada atəşkəsin bərqərar olunması, insani yardımın çatdırılması və bölgənin gələcək idarə olunması barədə razılaşmanın əldə edilməsidir.
Görüşdə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziyanın liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.
İsrailin Baş naziri Binyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi ehtimal olunur.
Görüşün təşkili Misir Prezidenti Abdel Fattah əs-Sisi tərəfindən həyata keçirilir. ABŞ rəsmiləri arasındakı mənbələr Trampın sammitdə iştirak etməyi planlaşdırdığını bildirib.
Görüş oktyabrın 13-də və ya 14-də Şarm əş-Şeyxdə baş tuta bilər.
Son xəbərlər
Daha çox 