Tomahawk Rusiyada yalnız hərbi obyektləri hədəfə alacaq

ABŞ-dan Tomahawk raketləri alınacağı halda, onlar Rusiyada yalnız hərbi obyektlərə qarşı istifadə olunacaq. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, enerji infrastrukturu birbaşa hədəf kimi göstərilməsə də, Rusiyanın enerji satışından əldə etdiyi gəlirlər hərbi sahəyə yönəldilir və buna görə də Ukrayna üçün bu, hərbi hədəf sayılır.
«Əgər uzaqmənzilli zərbələrdən danışırıqsa, söhbət yalnız hərbi hədəflərdən gedir», – o vurğulayıb.
Zelenski ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərindəki zərbələr üçün kəşfiyyat məlumatı verib-vermədiyi sualına cavab verməyib: «Bütün kəşfiyyat məlumatlarını bölüşə bilmərəm. Biz iki kəşfiyyat qurumunun işindən razıyıq. Hazırda onların münasibətləri çox güclüdür».
N.Təbrizli