Luvrda gündüz saatlarında zinət əşyaları oğurlandı, araşdırma davam edir

Luvrda gündüz saatlarında zinət əşyaları oğurlanıb. Paris prokurorluğu Luvrdakı oğurluqla bağlı iki əsas versiyanı araşdırır. Hadisənin sifarişlə törədilməsi və ya oğurlanan zinət əşyalarının pulların yuyulmasında istifadəsi.
Prokuror Lor Beko bildirib ki, 19 oktyabr səhəri dörd maskalı şəxs avtohidropodem vasitəsilə muzeyə daxil olub, “Apollon qalereyası”ndakı vitrinləri dəmir testerə ilə kəsərək doqquz zinət əşyası oğurlayıb. Onlardan biri – imperatriça Yevgeniyanın 1 354 brilyantla bəzədilmiş tacı – küçədə sınıq vəziyyətdə tapılıb.
Fransa mədəniyyət naziri Raşida Dati oğurluğun dörd dəqiqə davam etdiyini, əməliyyatın peşəkarcasına təşkil olunduğunu bildirib. Prezident Emmanuel Makron cinayətkarların məsuliyyətə cəlb olunacağını və oğurlanan əşyaların geri qaytarılacağını vəd edib.
N.Təbrizlli
Son xəbərlər
Daha çox 