Gürcüstanın müxalif partiyası parlamenti boykota son qoyub

Gürcüstanın müxalif "Qaxariya Gürcüstan naminə" partiyası parlamenti boykota son qoyaraq qanunverici orqanda təmsil olunmağa qərar verib. Bu barədə partiyanın liderlərindən biri Giorgi Şaraşidze brifinqdə bildirib.
Onun sözlərinə görə, parlament tribunasından istifadə etməmək yalnız səhv deyil, həmçinin ölkəyə və xalqa qarşı cinayətdir.
Qeyd edək ki, sabiq Baş nazir Giorgi Qaxariyanın "Qaxariya Gürcüstan naminə" partiyası ötən ilin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımayıb və əldə etdiyi 12 deputat mandatından imtina edib.
Gürcüstan parlamenti bu ilin iyulunda partiyanın mandatlarına vaxtından əvvəl xitam verib.