• $ 1.7
  • € 1.9908
  • ₽ 0.021208
  • ₺ 0.0405
  • £ 2.2869

Xameneyi Trampın İranla bağlı bəyanatlarını ələ salıb

Xameneyi Trampın İranla bağlı bəyanatlarını ələ salıb
20.10.2025 17:22

İranın ali lideri ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampı “boş sözlər” səsləndirməkdə ittiham edib.

Onun sözlərinə görə, Tramp İsraildəki çıxışı ilə “ümidsiz sionistlərin ruhunu qaldırmağa” çalışıb.

İdmançılarla görüşdə Xameneyi bildirib ki, Tramp “İran barədə axmaq davranış və yalanlarla güclü görünməyə çalışır”.

“Əgər Tramp həqiqətən güclüdürsə, qoy ABŞ-ın bütün ştatlarında ona qarşı etiraz edən milyonlarla amerikalını sakitləşdirsin”,  - o əlavə edib.

Xameneyi həmçinin Trampın ABŞ zərbələrinin İranın nüvə sənayesini məhv etdiyi barədə iddiasını rədd edib.

 “ABŞ prezidenti qürurla deyir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Yaxşı, xəyal qurmağa davam etsinlər”,  -  Xamnei deyib.

Oktyabrın 9-da Tramp bəyan edib ki, ABŞ-ın  iyunun 13-də İsrailin İrana qarşı əməliyyatından sonra başladığı zərbələr olmasaydı, Tehran artıq nüvə silahına sahib ola bilərdi.

ABŞ Fordo, Natanz və İsfahandakı obyektlərə zərbə endirib.

İyunun 24-də atəşkəs qüvvəyə minib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Yunanıstan XİN başçıları görüşüb
Dünya 19:45
Türkiyə və Yunanıstan XİN başçıları görüşüb
Lavrov və Rubio arasında telefon danışığı olub
Dünya 19:14
Lavrov və Rubio arasında telefon danışığı olub
Rumıniyada “Lukoil” zavodunda partlayış olub, bir nəfər xəsarət alıb
Dünya 17:30
Rumıniyada “Lukoil” zavodunda partlayış olub, bir nəfər xəsarət alıb
Rubio və Lavrov oktyabrın 23-də görüşə bilər
Dünya 17:28
Rubio və Lavrov oktyabrın 23-də görüşə bilər
Xameneyi Trampın İranla bağlı bəyanatlarını ələ salıb
Dünya 17:22
Xameneyi Trampın İranla bağlı bəyanatlarını ələ salıb
Ermənistanda güc strukturları 23 fəalı saxlayıb
Dünya 17:21
Ermənistanda güc strukturları 23 fəalı saxlayıb
Paşinyan Roma Papası ilə Azərbaycanla sülhü müzakirə edib
Dünya 16:25
Paşinyan Roma Papası ilə Azərbaycanla sülhü müzakirə edib
ABŞ-nin vitse-prezidenti sabah İsrailə səfər edəcək
Dünya 15:19
ABŞ-nin vitse-prezidenti sabah İsrailə səfər edəcək
Zelenski Makronla görüşəcək
Dünya 14:42
Zelenski Makronla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol