İsrail Livana zərbə endirib
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumatı təsdiqləyib. Bu barədə IDF-nin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində "Hizbullah"ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib", - bəyanatda deyilir.
İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə "Hizbullah"ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.