• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

ABŞ Ukraynadan “sülh planını” 27 noyabra qədər imzalamasını istəyib

ABŞ Ukraynadan “sülh planını” 27 noyabra qədər imzalamasını istəyib
21.11.2025 07:07

ABŞ administrasiyası Kiyevdən Vaşinqtonun təklif etdiyi 28 maddəlik “sülh planı”nı Şükran Günü, yəni noyabrın 27-ə kimi imzalamağı tələb edir. Bu barədə Financial Times Ukrayna rəsmilərinə istinadən yazıb

Məlumata görə, Ukraynaya razılaşmanı tezliklə qəbul etməsi üçün “çox güclü təzyiq” göstərilir.

FT-nin həmsöhbətləri vəziyyəti 2025-ci ilin yazında faydalı qazıntıların hasilatı üzrə hüquqlar haqqında sazişin imzalanması öncəsi göstərilən təzyiqlə müqayisə ediblər.

Qəzet yazır ki, “sülh planı” Kiyevdən bir sıra ciddi güzəştlər tələb edir və Ukraynanın uzunmüddətli “qırmızı xətlərini” pozur.

Ukrayna rəsmilərinin sözlərinə görə, Tramp administrasiyası Kiyevə müharibəni bu ilin sonuna qədər yekunlaşdırmaq üçün “aqressiv rejimdə” çalışdığını bildirib. Vaşinqton Zelenskinin planı gələn həftə cümə axşamına – Şükran Gününədək imzalayacağını gözləyir və ayın sonunda Moskva ilə razılaşma əldə etməyi hədəfləyir.

Lakin Kiyev bildirir ki, planın bir neçə bəndi Ukrayna üçün “qırmızı xəttdir” və bu müddətə əməl etmək real görünmür. Ukrayna tərəfi ABŞ-a qarşı təkliflər üzərində işləyir.

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna sülh prosesini pozmaq niyyətində deyil. Axşam müraciətində o, ABŞ nümayəndələri ilə danışıqlarda Vaşinqtonun müharibəni dayandırmaq üçün təqdim etdiyi təklifləri müzakirə etdiyini deyib.

Zelenski yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla danışacağını bildirib: “ABŞ-ın gücü sülhü yaxınlaşdırmağa qadirdir və biz bunu itirmək istəmirik. Biz anlayırıq ki, Rusiyanın real sülh istəyi yoxdur”.

Ukrayna lideri həmçinin vurğulayıb ki, “ABŞ Rusiyanı müharibəni bitirməyə ciddi şəkildə məcbur edə bilər”.

20 noyabrda Zelenski ABŞ ordusu naziri Daniel Driskoll ilə görüşdə müharibənin dayandırılması üzrə variantları müzakirə edib. Daha sonra Ukrayna KİV-i 28 maddədən ibarət “sülh planı”nın detallarını dərc edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna üçün Bişkek Protokolu
Dünya 17:03
Ukrayna üçün Bişkek Protokolu
Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib
Dünya 13:48
Rusiya Ukraynaya "Kinjal" hipersəsli raketlərlə zərbə endirib
İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb
Dünya 13:21
İstanbulda BƏƏ kəşfiyyatı üçün casusluq edən 3 nəfər saxlanılıb
ABŞ-yə məxsus "MQ-9 Reaper" Koreya sahillərində qəzaya uğrayıb
Dünya 00:03
ABŞ-yə məxsus "MQ-9 Reaper" Koreya sahillərində qəzaya uğrayıb
Suriyanın Homs vilayətində sakinlərə hücuma görə 120 nəfər saxlanılıb
Dünya 23:56
Suriyanın Homs vilayətində sakinlərə hücuma görə 120 nəfər saxlanılıb
Çexiya XİN vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb
Dünya 23:35
Çexiya XİN vətəndaşlarını Venesuelanı tərk etməyə çağırıb
MDB liderlərinin qeyri-rəsmi görüşünün tarixi açıqlanıb
Dünya 22:45
MDB liderlərinin qeyri-rəsmi görüşünün tarixi açıqlanıb
TBMM üzvləri PKK lideri Abdullah Öcalanla görüşüb
Dünya 22:30
TBMM üzvləri PKK lideri Abdullah Öcalanla görüşüb
Maskın rəhbərlik etdiyi qurum fəaliyyətini dayandırıb
Dünya 21:56
Maskın rəhbərlik etdiyi qurum fəaliyyətini dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol