COP30 konfransında yanğın baş verib
Braziliyanın Belén şəhərində keçirilən COP30 iqlim konfransının yerləşdiyi pavilyonda yanğın baş verib. Bu barədə The Guardian məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan yoxdur. Hadisə yerində olan insanlar təhlükəsizlik məqsədilə dərhal evakuasiya edilib. Yanğınsöndürənlər tez bir zamanda əraziyə cəlb olunub və onlarla mütəxəssisin iştirakı ilə alov tam söndürülüb.
Braziliyanın turizm naziri Selso Sabino bildirib ki, araşdırma yanğının mənbəyini müəyyən edəcək, lakin onun qəsdən törədildiyinə şübhə edir.
Hadisə konfransın yekun razılaşmalar mərhələsinə təsadüf etdiyindən müzakirələrə əlavə gərginlik qatıb.
ABŞ-dan olan iqlim fəalı Cess Vesponte qeyd edib ki, COP30-da baş verən faciəvi yanğın “təəssüf ki, proseslərin ümumi vəziyyətini simvolizə edən parlaq metafora çevrildi”.
N.Təbrizli